6,5 milyon rusiyalının xaricə çıxışı qadağan edildi

7
Fev
2024
14:35

2024-cü ilin əvvəlində Rusiya sərhədçilərinə məhkəmə icraçıları tərəfindən borcla əlaqədar 6,5 milyon vətəndaşın ölkəni tərk etməsini qadağan edən qərar daxil olub.

Azreform.info "rbc"yə istinadən xəbər verir ki, 2024-cü il yanvarın 1-dən Rusiya FTX-nin sərhəd xidməti borcluların xaricə çıxışına müvəqqəti qadağa qoyulması ilə bağlı məhkəmə icraçıları tərəfindən verilmiş 6,5 ​​milyon qərarı icra edir. Ötən ilin yanvar-dekabr aylarında belə qərarların sayı 41,3% artıb. 

Qanuna görə, bir vətəndaş üçün bir neçə icra prosesi açıla bilər, onların hər biri üçün məhkəmə icraçısı müxtəlif məhdudlaşdırıcı tədbirləri - bank hesablarına və əmlakına həbs qoyulmasından tutmuş Rusiyadan çıxmasınadək qadağa tətbiq edə bilər.

Mürtəza
Azreform.info