Seçkilər demokratik və şəffaf keçirilir - Pakistanlı müşahidəçi

7
Fev
2024
12:55

 

Bu gün Beynəlxalq Münasibətlər və Dayanıqlı İnkişaf Məqsədləri üzrə tanınmış beynəlxalq ekspert Qaiser Navab Azərbaycan Prezidenti seçkilərində beynəlxalq müşahidəçi qismində iştirak edib.

Q.Navab bildirilib ki, bu gün səhər tezdən nümayəndə heyəti ilə birlikdə Azərbaycanın müxtəlif bölgələrində bir neçə seçki məntəqəsinə baş çəkib və burada rahat və həvəsli seçki prosesinin şahidi olublar.

Azərbaycanın Seçki Komissiyası azad, ədalətli və şəffaf səsvermənin keçirilməsini təmin etmək üçün tədbirləri ciddi şəkildə təşkil edib. Səsvermə hüququ olan hər bir Azərbaycan vətəndaşı bu gün səhər saat 8-dən axşam 19-a kimi demokratik hüququndan istifadə etmək imkanına malikdir.

Bakıda havaların soyuq keçməsinə baxmayaraq, gənclər də daxil olmaqla xeyli sayda insan Azərbaycanın canlı demokratiyasını əks etdirən seçki prosesində fəal iştirak edir.

Şəffaflığın təmin edilməsi səylərinə uyğun olaraq, Komissiya 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırıb və səsvermə prosesinin davamlı monitorinqinə şərait yaradıb:

"Prezident seçkiləri çox əlamətdar hadisədir. İnanırıq ki, Azərbaycanda prezident seçkilərinin nəticələri bu ölkənin gələcək inkişafı üçün uğurlu olacaq".