Gürcüstanın Rusiyadan asılılığı artıb - Zurabişvili

7
Fev
2024
07:42

2022-cü ildə Ukraynaya qarşı müharibənin başlanmasından sonra rusların Gürcüstana kütləvi miqrasiyası Rusiyanın Gürcüstana qarşı hibrid müharibəsi ilə uzlaşır.

Azreform.info xəbər verir ki, bu barədə Gürcüstan Prezidenti Salome Zurabişvili deyib.

“Rusların kütləvi miqrasiyası Gürcüstan iqtisadiyyatına birbaşa təsir edib və Gürcüstanın Rusiya kapitalından və Rusiya bazarlarından asılılığını artırıb”, - deyə dövlət başçısı bildirib.