Xərçəng diaqnozundan sonra ilk dəfə görüldü - VİDEO

7
Fev
2024
00:42

Böyük Britaniya kralı III Çarlz xərçəng diaqnozu açıqlandıqdan sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb.

Azreform.info xəbər verir ki, o Londonun mərkəzindəki “Clarence House”də oğlu Harri ilə görüşüb.

Daha sonra Bukinqem Sarayına qədər qısa bir məsafəlik yolda maşınla keçən Çarlz gülümsəyib və yoldan ötənlərə əl yelləyib.

Kralın həyat yoldaşı Kraliça Kamilla ilə birlikdə müalicəyə başlamaq üçün vertolyotla İngiltərənin şərqindəki Sandrinqham malikanəsinə getdiyi bildirilib.(qafqazinfo)