Rusiya 3 ölkənin diplomatlarını çağırıb, hədələdi

6
Fev
2024
23:56

Latviya, Litva və Estoniyanın müvəqqəti işlər vəkilləri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Azreform.info xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.

Onun sözlərinə görə, Moskva həmin ölkələrdə Rusiya prezident seçkilərində səsvermənin təhlükəsizliyini təmin etməyi tələb edib.

Zaxarova əlavə edib ki, təxribat davam edərsə, Rusiya ikitərəfli kontekstdə və beynəlxalq strukturlarda qətiyyətlə hərəkət edəcək.