Cənubi Koreya bu ölkəyə raketdən müdafiə sistemi göndərəcək

6
Fev
2024
23:00

Cənubi Koreyanın müdafiə şirkəti "LIG Nex1" Səudiyyə Ərəbistanına 3,2 milyard ABŞ dolları dəyərində "M-SAM II" zenit-raket kompleksləri tədarük edəcək.

Azreform.info xəbər verir ki, bu barədə "Yonhap" agentliyi Koreya Respublikasının Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Qeyd edək ki, "M-SAM II" zenit-raket kompleksləri 40 km-ə qədər yüksəklikdə raketləri zərərsizləşdirməyə qadirdir.

"LIG Nex1" şirkəti bu sistemləri təchiz etmək üçün 2022-ci ilin yanvarında BƏƏ ilə saziş imzalayıb.