Borel narahatdır: Onlar gözləsin, silah satmayın

6
Fev
2024
17:35

Avropa İttifaqı Ukraynaya görə üçüncü ölkələrə silah tədarükünü dayandırmalıdır. 

Azreform.info xəbər verir ki, bunu Aİ-nin xarici siyasət xidmətinin rəhbəri Cozef Borel deyib.

“Məhsullarımızın əhəmiyyətli hissəsi üçüncü ölkələrə ixrac olunur. Artıq son günlər nazir həmkarlarıma izah etdiyim kimi, Ukraynaya sursat tədarükünü artırmağın ən sürətli, ucuz və effektiv yolu üçüncü ölkələrə tədarükün dayandırılmasıdır”, - diplomat Polşanın xarici işlər naziri Radoslav Sikorski ilə görüşündə qeyd edib. 

Sikorskinin fikrincə, üçüncü ölkələr silah idxalı məsələlərində “gözləməlidirlər”, çünki Ukrayna ilə müqayisədə onlara silah elə də təcili lazım deyil.

Mürtəza
Azreform.info