Komanda üzvlərinin Paşinyanı devirmək mübarizəsi - "Joxavurd" 

6
Fev
2024
15:07

"Ermənistanda Nikol Paşinyanın komandası daxilində onu hakimiyyətdən devirmək uğrunda mübarizə başlayıb. Artıq 2026-cı il seçkiləri ərəfəsində hökumət daxilində mübarizə başlayıb. Mübarizə əsasən parlamentin spikeri Alen Simonyan, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və bəziləri özlərini Ermənistanın hazırkı baş naziri Nikol Paşinyanın əvəzedicisi kimi təqdim etməyə başlayıblar".

Azreform.info xəbər verir ki, bu barədə "Joxovurd” yazır.

Nəşr qeyd edir ki, birinci Rusiyanın, ikinci Qərbin dəstəyi ilə bu planı həyata keçirməyə çalışır. “Onlar bu prosesə o qədər ciddi yanaşdılar ki, pərdə arxasında bir-birlərinə çamur atmağa başladılar. Simonyan uzun müddət Paşinyanın gözündə Qriqoryanın rolunu aşağılamağa çalışıb. Sonuncu isə öz növbəsində hüquq-mühafizə orqanlarının əməkdaşlarının “Synergy” şirkətinin tenderlərində iştirak edən Simonyan ailəsinin izinə düşməsini təmin edib”, - nəşr yazıb.

Mürtəza
Azreform.info