MSK sədri müşahidəçilərə çağırış edib

6
Fev
2024
14:28

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov müşahidəçilərə çağırış edib.

O, bu gün keçirilən mətbuat konfransında deyib ki, səsvermə kabinələrinə əlində seçki bülleteni olan seçicidən başqa heç kim yaxınlaşa bilməz:

"Seçici səs verdikdən sonra əlindəki bülleteni şəffaf qutuya atmasını hər kəs görməlidir. Bununla bağlı müşahidəçilərdən diqqətli olmalarını xüsusilə xahiş edirəm".

©Report