İran dördüncü nüvə reaktorunun tikintisinə başlayır

6
Fev
2024
13:56

İsfahanda yeni 10 meqavat gücündə tədqiqat reaktoru tikiləcək və bu İranın regiondakı dördüncü nüvə reaktoru olacaq.

Azreform.info İRNA-ya istinadən xəbər verir ki, bu barədə İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami məlumat verib.

İslami əlavə edib ki, İsfahanda yeni reaktorun tikintisi ilə bağlı işlərə keçən ildən başlanılıb.

Onun sözlərinə görə, tədqiqat reaktoru müxtəlif tətbiqlər üçün güclü, yüksək axınlı neytron mənbəyi yaratmaq üçün tikilir.

Mürtəza
Azreform.info