İstanbulda məhkəmə binasına hücum: 2 nəfər öldü

6
Fev
2024
13:35

İstanbulda məhkəmə binasında silahlı insident olub.

Azreform.info NTV-yə istinadən xəbər verir ki, polis əməkdaşlarına silahlı hücum edən 2 nəfər öldürülüb, 3-ü polis olmaqla 5 nəfər yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Daxili işlər naziri Ali Yerlikaya binanın mühafizəsinin gücləndirildiyini bildirib.