Paşinyan tələb qarşısında: plan işə düşməyə başladı

6
Fev
2024
12:21

Paşinyanın “Mülki müqavilə”dəki tərəfdaşları ondan spiker Alen Simonyanı istefaya göndərməyi tələb edirlər.

Azreform.info -ın məlumatına görə, “Joxovurd” qəzeti yazır ki, parlament sədrinin gəlini ilə bağlı son korrupsiya qalmaqalı hakim partiyanın deputatlarının səbrini tükəndirib. 

Çoxları da az qala bir il əvvəl baş vermiş xoşagəlməz hadisəni xatırlayır, Simonyan onu satqın adlandıran adamın üzünə tüpürüb.

Nəşrin yazdığına görə, Təhlükəsizlik Şurasının katibi Qriqoryan da Simonyana qarşı fəal işləyir.

O, 2026-cı il parlament seçkilərindən sonra baş nazir rolunu ciddi şəkildə sınaqdan keçirir və Simonyanı da özünə rəqib kimi görür.