Arıqlama mütəxəssisi olan Dr.Michael Mosley, çəkinizə təsir etmədən aclığınızı təmin edəcək dörd qəlyanaltı paylaşıb.
Azreform.info xəbərinə görə, Ekspress üçün bir məqalədə Mosley, yumurta, az yağlı qatıq, rəngli tərəvəzlər, süd məhsulları və qoz-fındıqlara diqqət yetirərək, çəki itirmək üçün "orta dərəcədə aşağı karbohidratlı Aralıq dənizi pəhrizi" təklif edir.
Onun sözlərinə görə, pəhriz saxlayan insanlar gün ərzində qidalı qidalanmalı, qəlyanaltı yemməlidirlər.