Milan universitetinin alimləri 2024-cü ildə Avropada gənc insanlarda bağırsaq xərçəngində artımı proqnozlaşdırır.
Bu xəstəlikdən ölüm də artmaqdadır.
“Medicina” xəbər verir ki, gənclərdə bağırsaq xərçənginin əsas faktorları: alkoqol, siqaret, diabet və piylənmədir.
Kolorektal xərçəngdən ölüm 30-45 yaş arası xəstələrdə 2 dəfə artıb.
2024-cü ildə 2018-ci illə müqayisədə bu xərçəng növü kişilərdə 25%, qadınlarda 38% arta bilər.
Bənzər artım İtaliyada, İspaniyada, Polşada, Almaniyada müşahidə edilir. Alman qadınlarında artım 7,2%-dir.
Fiziki aktivliyin olmaması bu xəstəliyi daha da artırır.
Amma 2024-cü ildə bütün növ xərçənglərdən ölüm faizinin Avropada 6,5 azalacağı gözlənilir.
Bağırsaq xərçənginin erkən diaqnostikası kolonoskopiya ilə mümkündür.