Bu ölkə feysbuku qadağan etməyi düşünür

5
Fev
2024
22:56

Niderland hökuməti platformanın məlumatların təhlükəsizliyini necə təmin etməsi ilə bağlı ciddi narahatlıqlar səbəbindən feysbukdan tamamilə imtina etməyi düşünür.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “De Telegraaf” nəşri mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, bu mövzuda ana şirkət Meta ilə danışıqlar istənilən nəticəni verməyib. Buna görə də səlahiyyətlilər bütün hökumətə təsir edəcək feysbuk qadağası üçün hazırlıqlara başlayıblar.