Azərbaycan XİN Çilidəki meşə yanğınlarında həlak olanlarla bağlı başsağlığı verib

5
Fev
2024
22:14

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Çilidəki meşə yanğınlarında həlak olanlarla bağlı başsağlığı verib.

Azreform.info xəbər verir ki, bu barədə XİN-in "X" səhifəsində paylaşım edilib.

"Çilidə baş vermiş meşə yanğınlarında ölənlərin ailələrinə dərin hüzünlə başsağlığı veririk. Bu böyükmiqyaslı faciə ilə mübarizə aparan Çili xalqı və hökuməti ilə həmrəyliyimizi ifadə edirik", - paylaşımda deyilir.

Qeyd edək ki, Çilinin Valparaiso regionunda baş verən meşə yanğınları nəticəsində azı 122 nəfər ölüb.