XİN: Ermənistanın döşədiyi mina qurbanlarının sayı 344-ə çatıb

5
Fev
2024
17:28

Ermənistanın döşədiyi minaların qurbanlarının sayı 344-ə çatıb.

Azreform.info xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.

Bildirilib ki, 2020-ci ilin sonundan bəri mina partlaması nəticəsində 65 nəfər həlak olub.

"Son iki gündə minanın partlaması nəticəsində daha bir mülki şəxs yaralanıb. Ermənistan günahsız mülki insanların həlak olmasına görə məsuliyyət daşıyır",-qeyd edilib.