Çexiya XİN vətəndaşının Ermənistandan Azərbaycana keçdiyini təsdiqləyib

5
Fev
2024
15:56

Çexiya Xarici İşlər Nazirliyi (XİN) ölkə vətəndaşının Azərbaycanla sərhədi keçən vaxt saxlanılmasını təsdiqləyib.

“Report” Çexiyanın ČTK agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariana Vernerova bildirib.

O qeyd edib ki, Çexiyanın Bakıdakı səfirliyi hazırda konsulluq görüşünü istəyir.