Çilidə fövqəladə vəziyyət elan edildi: ölənlərin sayı 112-yə yüksəldi

5
Fev
2024
12:35

Çilidə davam edən meşə yanğınları nəticəsində ölənlərin sayı 112 nəfərə çatıb.

Azreform.info xarici KİV-ə istinadla xəbər verir ki, hadisə nəticəsində 1100 evə ziyan dəyib. 

Çili Prezidenti Qabriel Boric yanğınlarda ölənlərin sayının artacağını bildirib. O həmçinin sosial media hesabında fövqəladə vəziyyət elan etdiklərini açıqlayıb.

Daxili işlər naziri Karolina Toha isə bəzi yanğınların "qəsdən törədildiyini" düşündüklərini söyləyib.

Günay