Pakistanda güclü daşqınlar: şəhər su altında qaldı

4
Fev
2024
18:07

Pakistanın cənubunda güclü daşqınlar baş verib.

Azreform.info xəbər verir ki, bu barədə Pakistan mətbuatı məlumat verib.

Məlumata görə, ölkənin ən böyük liman şəhəri Kəraçinin böyük hissəsi su altında qalıb.

“Avtomobil yolları su altındadır. Hava limanına aparan magistral bağlanıb. Xilasedicilər su altında qalan maşınlardakı insanları çıxarmağa çalışırlar”, - məlumatda qeyd olunub.

Şəhərdə ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb, məktəblər bağlanıb.

Meteoroloqlar regionda anomal hava şəraitinin gələn həftənin sonuna kimi davam edəcəyini bildiriblər.