Qəzzada ölən israilli hərbçilərin sayı artdı

4
Fev
2024
13:56

İsrailin Qəzzada apardığı quru əməliyyatlarında ölən israilli hərbçilərin sayı 225-ə yüksəlib.

Azreform.info bu barədə İsrail Müdafiə Qüvvələrinin saytına istinadən xəbər verir.

Bildirilib ki, 24 yaşlı Şimin İeqoşua Asulin Qəzzanın cənubunda döyüşdə ölüb.

Xatırladaq ki, İsrail Müdafiə Qüvvələri ötən ilin oktyabrın 27-də Qəzzada quru əməliyyatlarına başlayıb.