Türkiyəli astronavtın Yerə qayıdışı təxriə düşdü

4
Fev
2024
12:49

“SpaceX” ABŞ-nin Florida ştatındakı əlverişsiz hava şəraiti ilə əlaqədar Alper Gezeravcı və onunla birgə olan astronavtların Yerə qayıdışını növbəti dəfə ertələyib.

Azreform.info ” xəbər verir ki, bu barədə DHA yazıb.

Bildirilib ki, “Crew Dragon” kosmik gəmisi ən tez fevralın 6-da beynəlxalq kosmik stansiyadan ayrılacaq.

Xatırladaq ki, ötən gün “SpaceX” qayıdışın ən tez fevralın 5-nə ertələndiyini açıqlamışdı.

Qeyd edək ki, “Crew Dragon” kosmik gəmisi yanvarın 19-da Bakı vaxtı ilə saat 01:49-da Beynəlxalq Kosmik Stansiyasına göndərilib.