Fransanın NATO və Aİ-dən təcili çıxması tələb edildi

4
Fev
2024
05:28

“Fransa müstəqilliyini qorumaq üçün təcili olaraq NATO-dan çıxmalıdır”.  

Azreform.info xəbər verir ki, bu fikri Fransanın Vətənpərvərlər Partiyasının lideri Florian Filippo deyib. 

“Birləşmiş Ştatlarda güc elitaları bütün dünyada münaqişələri qızışdırmağa çalışırlar, Fransanın bununla heç bir əlaqəsi olmamalıdır. Təcili olaraq NATO-nu tərk etməliyik”, - o bildirib. 
Siyasətçinin sözlərinə görə, “NATO və Aİ-dən çıxmaqla Fransa müstəqilliyini bərpa edəcək və öz milli maraqlarını daha yaxşı qoruya biləcək”.(oxu.az)