Berlin küçələrinə 150 mindən çox etirazçı çıxıb

4
Fev
2024
04:14

Berlində 150 mindən çox insanın iştirak etdiyi sağçı ekstremizmə qarşı etiraz aksiyası keçirilir.

Azreform.info xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Məlumata görə, şəhərdə nəqliyyatın hərəkəti xeyli çətinləşib, bir neçə küçə bağlanıb.

Bildirilib ki, aksiyanın sonuna qədər etirazçılar Reyxstaqın ətrafında insan zənciri təşkil edəcəklər.