Estoniya “Javelin”ləri Ukraynaya təhvil verib

4
Fev
2024
02:21

Estoniya Ukraynaya “Javelin” tank əleyhinə sistemlərin daxil olduğu hərbi yardım paketini təhvil verib.

Azreform.info xəbər verir ki, bu barədə Estoniya Müdafiə Nazirliyi məlumat yayıb. Estoniya bundan əlavə Ukraynaya pulemyotlar, atıcı silahların sursatları, yerüstü və su avadanlığı, həmçinin dalğıc ləvazimatları verib.

Silahların dəqiq sayı, Ukraynaya çatma vaxtı və yeri təhlükəsizlik baxımından açıqlanmayıb. Bildirilib ki, 2022-ci ildən bəri Estoniya Ukraynaya təxminən 500 milyon avro yardım edib.