BMT-nin Somaliyə dəstək şöbəsi keçid dövründə yerli orduya texniki təlim keçməyi öhdəsinə götürüb.
“Azreform.info ” xəbər verir ki, bu barədə BMT və Afrika İttifaqının Keçid Missiyasının birgə bəyanatında bildirilib.
BMT sözçüsü Kurat-ul-Ayn Sadozay deyib: “Biz missiyanın azaldılmasının üçüncü mərhələsini dəstəkləməyə və lazımi maddi-texniki dəstəyi verməyə hazırıq”.
Bundan əvvəl Afrika İttifaqının Somalidəki missiyası qoşunların ölkədən çıxarılmasının ikinci mərhələsinin başa çatdığını bildirərək, yeddi hərbi bazanı ölkə hökumətinə təhvil verdiyini bildirib.