Rusiyaya sanksiyalar siyasəti iflasa uğradı - Siyarto

4
Fev
2024
00:42

Yeni antirusiya sanksiyalar paketi ilə Avropa Birliyinin onsuz da uğursuz sanksiya siyasəti qeyri-ciddi görünəcək.

Azreform.info xəbər verir ki, bu barədə Macarıstan xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bildirib.

Siyarto AB-nin sanksiya siyasətinin iflasa uğradığını vurğulayıb.

O qeyd edib ki, on üçüncü paket yalnız görüntü üçün ola bilər:

"Çünki Rusiyada praktiki olaraq sanksiyalara daxil olmayan heç bir təşkilat, sənaye müəssisəsi və insan qalmayıb".