Meşə yanğınları 19 nəfərin həyatına son qoydu

4
Fev
2024
00:28

Çilidə davam edən meşə yanğınları nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb.

Azreform.info ” xəbər verir ki, bu barədə “El Mostrador” qəzeti daxili işlər naziri Karolina Toaya istinadən məlumat yayıb.

Onun sözlərinə görə, ölkədə 92 yanğın hadisəsi baş verib, onlardan 40-ı lokallaşdırılıb.

Nazir əlavə edib ki, Valparaiso bölgəsindəki yanğınların söndürülməsinə üstünlük verilir.

Qeyd edək ki, Çili prezidenti Qabriel Boric fevralın 3-də meşə yanğınları ilə əlaqədar Valparaisoda fövqəladə vəziyyət elan edib. Çili milli meşə idarəsi bildirib ki, təkcə Valparaisoda təxminən 7 000 hektardan artıq ərazi tamamilə yanıb.