Kalın HƏMAS lideri ilə görüşdü

3
Fev
2024
21:56

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın Qətərin paytaxtı Dohada HƏMAS Siyasi Bürosunun lideri İsmail Haniyə ilə görüşüb.

Azreform.info ” xəbər verir ki, bununla bağlı Anadolu Agentliyi məlumat  yayıb. 

Məlumata görə, görüşdə əsir mübadiləsi, Qəzzada baş verənlər, atəşkəsin təmin edilməsi və mühasirəyə son qoyulmasının yolları müzakirə edilib.

Həmçinin Fələstin xalqına humanitar ehtiyacların çatdırılması üçün nələrin edilə biləcəyi barədə danışıqlar aparılıb.