"Hücumlar hələ başlanğıcdır" - Komandir öldü, Rusiya bəyanat verdi

3
Fev
2024
18:21

ABŞ-nin İordaniyadakı ABŞ bazasına hücumundan sonra İraq və Suriyadakı hədəflərə zərbələr endirməsi cavab tədbirlərinin yalnız başlanğıcıdır.

Azreform.info xəbər verir ki, bunu Pentaqon rəhbəri Lloyd Austin bəyan edib.

Qeyd edək ki, Amerika qüvvələrinin Suriya və İraqdakı hücumu nəticəsində İranyönlü hərbiləşdirilmiş “Haşd əş-Şaabi” təşkilatının səhra əməliyyatlarının komandanı, Qasim Rizo kimi tanınan Qasim Musleh öldürülüb.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, ABŞ-nin İraq və Suriyaya hava zərbələri bir daha dünyaya Vaşinqtonun Yaxın Şərqdəki siyasətinin aqressiv xarakterini nümayiş etdirdi: "Hava hücumları xüsusi olaraq münaqişəni daha da qızışdırmaq üçün nəzərdə tutulub".