Qətər XİN: İsrail atəşkəsə razıdır

1
Fev
2024
22:28

İsrail rəhbərliyi Qəzza zolağında atəşkəs şərtləri ilə razılaşdığını bildirib.

Azreform.info xəbər verir ki, bu barədə Qətərin Xarici İşlər Nazirliyinin sözçüsü Məcid bin Məhəmməd əl-Ənsari bildirib.

Qətər həmçinin Fələstinin HƏMAS hərəkatından razılaşmanın şərtlərinin ilkin müsbət təsdiqini alıb.

Xatırladaq ki, yanvarın 28-də Qətər, ABŞ və Misirin İsraillə Fələstinin HƏMAS hərəkatı arasında müvəqqəti atəşkəsə dair razılaşmanın hazırlanmasını bitirdikləri məlum olub. Razılaşma iki mərhələdən ibarətdir və Qəzza zolağında iki ay müddətində atəş dayandırılacaq.(Report)