Fuad Əliyev Beyləqanda seçicilərlə görüşüb - Fotolar

1
Fev
2024
17:26

 

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar prezidentliyə namizədi Fuad Əliyev seçkiqabağı təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüşünü Beyləqanda keçirib.

Azreform.info xəbər verir ki, bu dəfə də F.Əliyevin görüşü möhtəşəm və izdihamlı keçib.

Prezidentliyə namizəd ənənəvi olaraq seçicilərini seçki platforması və proqramı ilə tanış edib və səs qazanacağı təqdirdə görəcəyi işlərdən bəhs edib.

Namizəd deyib ki, əsas hədəf Azərbaycanda demokratiya və insan haqlarına verilən dəyər prinsiplərini qorumaq, əhalinin rifahını yaxşılaşdırmaq, maaş, pensiya, müavinətlərin məbləğini artırmaq, sosial dəstəyi gücləndirmək, bütün sahələrdə təxirəsalınmaz islahatlar həyata keçirmək və s. Azərbaycan vətəndaşının parlaq gələcəyinə təminat verən addımların atılmasıdır.

Sonda F.Əliyev seçicilərin suallarını cavablandırıb, onları narahat edən problemlərini dinləyib.