Azərbaycan və Ermənistan sərhəd komissiyalarının iclası başa çatıb - YENİLƏNİB

31
Yan
2024
18:35

Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyaların növbəti altıncı iclası başa çatıb.

Azreform.info xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

***

Azərbaycan və Ermənistan sərhəd komissiyalarının növbəti iclası başlayıb.

Azreform.info ” xəbər verir ki, görüşdə Azərbaycan heyətinə Baş nazirin müavini Şahin Mustafayev, Ermənistan tərəfdən isə bu ölkənin Baş nazirinin müavini Mger Qriqoryan rəhbərlik edir.

Görüş İcevanla Qazax sərhədində keçirilir.