Fuad Əliyev Balakəndə seçicilərlə görüşüb

30
Yan
2024
16:15

 

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar prezidentliyə namizədi Fuad Əliyev seçkiqabağı təbliğat və təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüşünü Balakəndə keçirib.

Avrasiya.net xəbər verir ki, F.Əliyev onun görüşünə gələn seçicilərə öz təşəkkür və minnətdarlığını bildirib.

Prezidentliyə namizədi ənənəvi olaraq əvvəlcə seçki platforması və proqramından yer alan tezislərdən geniş məlumat verib, seçiləcəyi təqdirdə görəcəyi işlərdən danışıb. edib.

O, qeyd edib ki, əsas məqsədi ölkə əhalisinin bütün sosial problemlərinin həllinə dəstək və Azərbaycanın beynəlxalq nüfuzunu genişləndirmək və gecləndirməkdir: "Yeraltı və yerüstü sərvətlərlə zəngin olan Azərbaycanın vətəndaşı sosial problemlər bataqlığında cabalamamalıdır. Əgər Azərbaycan zəngin, varlı bir ölkədirsə, onun vətəndaşı da varlı olmalıdır. Maaşlar, müavinət və pensiyaların məbləğə qat-qat artırılmalı, pensiya yaşı azaldılmalıdır".

F.Əliyev ölkənin xarici siyasətindən danışarkən qeyd edib ki, Azərbaycan ŞƏT təşkilatına qoşulmalı, GUAM-dan çıxmalıdır.

Sonda o, seçicilərin suallarını cavablandırıb.