“The Guardian” yazır ki, Cənubi Gyeongsang əyalətində robototexnika şirkətinin 40 yaşlı əməkdaşı səhər tezdən maşının işini yoxlayırmış. Onun vəzifəsi bolqar bibəri qutularını paletin üzərinə qaldırmaq idi.
Texniki nasazlıqdan sonra anbar işçisi əllə yaxınlaşmalı oldu. Robot qolu insanı məhsullardan ayırd edə bilməyib və işçinin yuxarı gövdəsini konveyer lentinə sıxıb. O, xəstəxanaya aparılsa da, sonradan aldığı xəsarətlərdən dünyasını dəyişib.
Zavod rəhbərliyi mərhumun ailəsinə başsağlığı verib və “yüksək keyfiyyətli və təhlükəsiz” avadanlıqların quraşdırılmasına söz verib.
Azreform.info