GUAM-ın müşahidə missiyası Azərbaycanda keçiriləcək prezident seçkilərini izləyəcək

22
Yan
2024
16:28

GUAM-ın müşahidə missiyası fevralın 7-də Azərbaycanda keçiriləcək prezident seçkilərini izləyəcək.

Azreform.info ın məlumatına görə, bu barədə Secki-2024.az saytı xəbər verib.

Bildirilib ki, 5 nəfərdən ibarət olacaq nümayəndə heyətinə GUAM-ın Baş katibi Altay Əfəndiyev, Ukrayna Ali Radasının deputatları Svyatoslav Yuraş, Mixail Papiyev, Gürcüstan parlamentinin deputatı David Matikaşvili və GUAM Katibliyinin proqram koordinatoru Teymuraz Kiladze daxildir.

Qeyd edək ki, GUAM-ın müşahidə missiyası səsvermədən sonra seçkinin nəticələrinə dair hesabat yayacaq.