Əliyevin çıxışı onları qorxuya salıb: Erməni katib və ekspert əmindir ki…

22
Yan
2024
15:49

Azərbaycan Prezidentinin əsas hədəflərindən biri də Köçəryan və Sarqsyanın həbsidir.

Azreform.info xəbər verir ki, bu barədə “Mənim şərəfim” parlament fraksiyasının katibi Tiqran Abramyan feysbuk səhifəsində yazıb.

Abramyan Azərbaycan Prezidentinin son çıxışlarından birinə istinadən edərək deyib ki, Robert Köçəryan və Serj Sarqsyan da saxlandığı zaman siyahı tamamlanacaq. Azərbaycan Prezidenti onların həbsinə nail olmağa çalışır. 

Qeyd edək ki, Azərbaycan Prezidenti 10 yanvarda yerli mediaya müsahibəsində ölkəmizə qarşı hərbi cinayətlər törədən Xocalı kimi soyqırımı faciəsində əli olan erməni terrorçuları haqqında mövqeyini açıqlayıb.

“Bizə qarşı qanlı müharibə aparan, vandallıq törədən, Xocalı soyqırımını törədən, torpaqlarımızı, şəhərlərimizi, kəndlərimizi yerlə yeksan edən canilər bu gün həbs olunub, saxlanılıb və ədalət qarşısında cavab verəcəklər. 

O qruplaşmada təkcə iki nəfər çatışmır, onlar da İrəvandadır, onlar da olsa, onda tam heyət formalaşır. Bu, doğrudan da ədalətin Zəfəridir və mən deyəndə ki, ədalətə inanmaq lazımdır və ədaləti təmin etmək üçün mübarizə aparmaq lazımdır, məhz bunu nəzərdə tuturdum”.

Sözsüz ki, həmin iki erməni Xocalı hərbi caniləri Robert Köçəryan və Serj Sarqsyandır. 

Erməni türkoloq Varujan Geqamyan isə bildirib ki, Bakı Ermənistanın keçmiş prezidentləri Serj Sarqsyan və Robert Köçəryanı tutmaq üçün hər şeyi edəcək: "Buna da nail olacaq".

Mürtəza
Azreform.info