Gürcüstanda rabitə xətti qırıldı, İranda internet kəsildi

21
Yan
2024
23:42

Gürcüstanda fiber-optik rabitədə yaranan problemlər səbəbindən İrana daxil olan internet kəsilib.

Məlumata görə, İranda internetlə bağlı problemlər Gürcüstandan keçən optik lifin qırılması ilə bağlıdır.

Bildirilir ki, hazırda Gürcüstanda problemin həlli üçün lazımi texniki tədbirlər görülür.