Lenini anasının yanında dəfn edək - Slutski

21
Yan
2024
19:00

Vladimir Lenini anasının yanında dəfn etmək lazımdır.

Azreform.info xəbər verir ki, bunu Rusiya Liberal Demokrat Partiyasının rəhbəri Leonid Slutski deyib.

“Vladimir İliç özü də anasının yanında dəfn olunmasını istəyirdi. Düşünürəm ki, inqilabçının arzusunu həyata keçirməyin vaxtı çatıb”, - Slutski bildirib.

Qeyd edək ki, Leninin anası Mariya Sankt-Peterburqdakı Volkovski qəbiristanlığında dəfn olunub.(Axar.az)