Qəzzada ölənlərin sayı 25 mini keçdi

21
Yan
2024
18:35

Qəzza zolağında öldürülənlərin sayı 25 min 105-ə yüksəlib.

Azreform.info ” xəbər verir ki, bununla bağlı anklavın Səhiyyə Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, xəsarət alanlarda isə bu rəqəm 62 min 681-ə çatıb.

Məlumatda dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin tibb qruplarının və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi vurğulanıb.