Rusiya ilə bu strategiya mümkün deyil - Yermak

21
Yan
2024
14:00

Ukrayna Rusiya ilə dondurulmuş münaqişəni qəbul etmir, ona görə də 2024-cü ildə müdafiə strategiyasına keçid mümkün deyil.

Azreform.info xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak deyib.

“Müdafiə mövqeyinə keçid çox vaxt münaqişənin dondurulmasına gətirib çıxarır. 2014-cü ildən Ukrayna məhz bu vəziyyətdədir, ona görə də Kiyev Rusiya ilə dondurulmuş münaqişə ilə heç vaxt barışmayacaq”, - Yermak bildirib.

Onun sözlərinə görə, 2024-cü ildə Ukraynanın strategiyası realist olmaq, müttəfiqlərlə işləməyə davam etmək və dayanmamaqdır.