İsrailin SEPAH-ı vurması erməni müxalifətini qorxutdu

21
Yan
2024
13:21

Toqquşmaların miqyası genişlənərsə (Yaxın Şərq nəzərdə tutulur – red.), bunun xüsusilə Ermənistana hansı təsirinin olacağını təsəvvür etmək olar.

Azreform.info xəbər verir ki, bu sözləri Ermənistanın “Şərəfim var” fraksiyasının deputatı Tiqran Abramyan sosial şəbəkə hesabında yazıb.

“Suriya paytaxtına həyata keçirilən hücum nəticəsində SEPAH-ın yüksək rütbəli zabitləri həlak olub. Zərbə nəticəsində Suriya tərəfi də itki verib. SEPAH döyüşçüləri və yüksək rütbəli zabitləri daim hədəfə alınır, çünki onun ayrı-ayrı bölmələri müxtəlif ölkələrdə xüsusi əməliyyatlara cavabdehdir və müxtəlif ölkələrin himayəsi altında fəaliyyət göstərən terror şəbəkələrinin hədəfinə çevrilir.

İlin əvvəlində İranda məşhur komandir Qasım Süleymaninin 4-cü ildönümü münasibətilə keçirilən mərasimdə terror aktı törədilib, bundan sonra İranın ən güclü bölməsi olan SEPAH cəza tədbirləri görür, dünyanın müxtəlif yerlərində antiterror əməliyyatları aparır.

Regionda ehtiraslar qızışır və bir-birinə vurulan zərbələrin ən təhlükəli həddə çatacağı, toqquşmaların miqyasının kəskin şəkildə genişlənəcəyi istisna edilmir.

Bunun Cənubi Qafqaza, xüsusən də hökuməti tərəfindən kor-koranə düşmənlərinin qucağına atılan Ermənistana necə təsir edəcəyini təsəvvür etmək olar”, - Tiqran Abramyan bildirib.