Daha bir ölkədə güclü zəlzələ baş verdi

19
Yan
2024
22:49

Sakit okean hövzəsinin Polineziya sahəsində yerləşən Tonqanın Neiafu şəhəri yaxınlığında 6,3 bal gücündə zəlzələ baş verib.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.

Hiposentr 230 km-dən çox dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat verilmir.