Ceyhun Bayramov tanzaniyalı həmkarı ilə görüşüb 

19
Yan
2024
16:49

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Uqandanın Kampala şəhərinə səfəri çərçivəsində Tanzaniyanın xarici işlər naziri January Makamba ilə görüşüb.

Azreform.info xəbər verir ki, bu barədə XİN-in "X" hesabında paylaşım edilib.

Nazirlər Azərbaycan və Tanzaniya arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı müzakirə ediblər. İkitərəfli əməkdaşlıq məsələləri də gündəmdə olub", - qeyd edilib.