Görüntülər qalmaqala yol açdı...

19
Yan
2024
16:28

Rus əsgərlərinin əks olunduğu deyilən görüntülər qalmaqala yol açıb. Belə ki, qərbyönlü media yazır ki, sözügedən videoda yer alanlar Rusiyanın Ukraynada xidmət edən 104-cü Hava Desant Briqadasının bəzi əsgərləridir. 

Ukraynalı şərhçi İqor Suşkonun iddiasına görə, onlar çuxura atılıb və əmr edilib ki, bir-biri ilə cinsi əlaqədə olsunlar.

Qeyd edək ki, görüntüdə sözügedən iddianı əsaslandıran kadrlar yer almayıb. 

Bu fikirlər Rusiya ordusunun hərbi xidmətdən qaçdıqdan sonra yenidən qaytarılan əsgərlərə qarşı pis rəftarı ilə bağlı iddialara dayanaraq irəli sürülüb. Belə ki, yayılan məlumata görə, Rusiya ordusundakı əsgərlər döyüşdən qaçdıqları üçün yeməksiz və susuz mövqelərə atılıblar.

Günay