Özlərini biabır etdilər, Zelenski və Sandu üzr istəməlidir - Spiker

19
Yan
2024
15:42

Tbilisi Gürcüstanın keçmiş dövlət başçısı Mixeil Saakaşvilinin həbsxanada işgəncələrə məruz qalması barədə yalan danışdıqlarına görə Ukrayna və Moldova prezidentlərindən üzrxahlıq gözləyir.

Azreform.info xəbər verir ki, bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili deyib. 

“Avropa Komitəsinin gəldiyi nəticədən biz prezident Zelenski, prezident Sandu və Avropa Parlamentinin üzvlərinin Gürcüstanı Saakaşviliyə işgəncə verməkdə ittiham edərkən yalan danışdıqlarını öyrəndik. Bu gün öyrəndik ki, bir çox Qərb siyasətçiləri Gürcüstan və gürcü xalqı qarşısında özlərini biabır ediblər. Ona görə də biz bu insanların üzr istəməsini gözləyirik”, - deyə Papuaşvili bildirib.

Mürtəza
Azreform.info