Baydendən İran-Pakistan gərginliyinə "bilmirəm" bəyanatı

19
Yan
2024
13:49

İran və Pakistan arasındakı gərginlik fonunda vəziyyətin necə inkişaf edəcəyi ilə bağlı proqnoz verməyə hazır deyilik.

Azreform.info xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden yaranmış gərginliyi şərh edərkən deyib.

“Gördüyünüz kimi, İran regionda o qədər də bəyənilmir. Bu, gələcəkdə necə inkişaf edəcək? Biz bunun üzərində işləyirik. Bunun daha da necə gedəcəyini və nə ilə nəticələnəcəyini bilmirəm”, - Bayden bildirib.

Mürtəza
Azreform.info