Almaniya qısamənzilli HHM sistemləri sifariş edəcək

19
Yan
2024
06:21

Almaniya “Gepard” özüyeriyən zenit qurğusunu əvəz etmək üçün təxminən 1,3 milyard avro dəyərində olan qısa mənzilli hava hücumundan müdafiə sisteminin yaradılmasını sifariş edəcək.

Azreform.info ” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Agentliyin məlumatına görə, Bundestaqın Büdcə Komitəsi qiymətlərin 5 dəfə artırılmasına, Hesablama Palatasının tənqidinə məruz qalmasına baxmayaraq, tərkibinə “Rheinmetall”, “Diehl” və “Hensoldt” şirkətlərinin daxil olduğu konsorsiumla razılaşmanı təsdiqləyib. Şirkətlərin əsas vəzifəsi 3 km mənzilli hava hücumundan müdafiə sistemi hazırlamaq olacaq. İkinci vəzifə sistemin rəsmi Berlinin artıq “Diehl” şirkətinə sifariş etdiyi “IRIS-T SLM” orta mənzilli hava hücumundan müdafiə sistemlərinə qoşulmasını təmin etmək olacaq.

“Hensoldt” 2026 və ya 2027-ci ilə qədər hazır olacağı gözlənilən sistem üçün radarları tədarük edəcək.

Xatırladaq ki, yaxın keçmişdə Almaniya əsasən 3 km-ə qədər mənzil olan “Gepard” özüyeriyən zenit qurğusuna etibar edirdi. Amma rəsmi Berlin pula qənaət etmək üçün 2010-cu ildə “Gepard”ı arsenaldan çıxarıb.