Bu ölkə ilk dəfə olaraq ABŞ-dan qaz alacaq

19
Yan
2024
00:14

Moldova gələn həftə ilk dəfə olaraq ABŞ-dan maye qaz alacaq.

Azreform.info xəbər verir ki, bu barədə ölkənin energetika naziri Viktor Parlikov deyib.

Onun sözlərinə görə, Amerika LNG-si olan gəmi artıq Yunanıstanın Aleksandropolis limanına gəlib.

Bundan əvvəl 2023-cü ilin dekabrında Kişinyov və Afina təbii qazın, o cümlədən maye qazın tədarükü sahəsində əməkdaşlığı nəzərdə tutan anlaşma memorandumu imzalayıblar.