Qəzzanı elə bərpa etməliyik ki... - İsrail prezidenti

18
Yan
2024
21:28

Qəzza zolağının müharibədən sonra yenidən qurulması həm Qərbin, həm də region ölkələrinin iştirakı ilə geniş beynəlxalq koalisiya tərəfindən həyata keçirilə bilər.

Azreform.info xəbər verir ki, bunu İsrail Prezidenti İshaq Hersoq İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda deyib.

“Biz elə bir üfüq görməliyik ki, orada Qəzzanın yenidən qurulmasını öhdəsinə götürmək istəyən ölkələrin koalisiyası, birincisi, İsrailin təhlükəsizliyini və rifahını, ikincisi, fələstinlilərin təhlükəsizliyini və rifahını təmin etsin və Qəzzaya fərqli bir gələcək təqdim etsin", - deyə Hersoq bildirib.